Geri qayıtmaq

ABB-nin dəstəyi ilə "Global HR SUMMIT 2023" keçirildi

Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib. Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi verib. Sammitə 50 ölkədən 700-dən çox iştirakçı – o cümlədən HR sahəsində tanınmış liderlər, şirkət rəhbərləri, sahibkarlar, hökumət təmsilçiləri və yuxarı səviyyəli peşəkarlar qatılıb.

"Global HR SUMMIT 2023" tədbirində insan resurslarının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə diqqət yönəlib. Bu sahədə innovasiyaların və yüksək texnologiyaların yayılması məsələləri müzakirə olunub. Peşəkar mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb. Sammitdə şirkətlərin mükafatlandırılması mərasimi də olub. ABB-yə “Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyası üzrə mükafat təqdim edilib.

Sammit BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work & Economic Growth) devizi ilə keçirilib. Ölkəmizdə maliyyə sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB-nin tədbirə tərəfdaşlıq dəstəyi də dayanıqlı inkişaf məqsədlərinə töhfədir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ