Geri qayıtmaq

Pərakəndə kreditlər üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək;
  • Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;
  • Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;
  • Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
  • Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
  • Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
  • Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst iş bacarığı olan;
  • Azərbaycan dilində səlist danışan/yazan (xarici dil bilikləri olanlara üstünlük verilir);
  • Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləyən və yüksək səviyyədə bilən şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər təcrübədən asılı olmayaraq öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Pərakəndə Kreditlər üzrə Mütəxəssis şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ