NFC (Near Field Communication) ödəniş sistemi Android cihazlarınızla təmassız ödənişlərin aparılmasına imkan verən funksiyadır.
Artıq bank kartlarını üzərinizdə gəzdirməyə ehtiyac yoxdur. Sadəcə mobil telefonunuzu yaxınlaşdırın və ödəyin.
Visa və Mastercard-ın təqdim etdiyi tokenlaşdırma texnologiyası ilə ödənişləriniz bütün mərhələlərdə tam qorunur.
Təmassız ödəniş imkanından faydalanraq sağlamlığınızın qayğısına qalın, özünüzü kənar risklərdən qoruyun.
ABB mobile tətbiqində əlavə etmək istədiyiniz kartın üzərinə toxunun, "NFC ödənişini aktivləşdir" düyməsini sıxın. Barmaq izinizlə identifikasiya edildikdən sonra NFC ödənişiniz aktivləşəcəkdir.
ABB kartlarını sifariş edərək Siz NFC ödənişini dəstəkləyən cihazlarınızdan təmmasız ödənişlər həyata keçirə bilərsiniz.
ABB-nin yeni nəsil təmassız ATM-lərindən Android cihazınızı yaxınlaşdıraraq vaxt itirmədən, bir neçə addımda pul məxaric edin.
Telefonunuzdakı Garmin tətbiqində Garmin Pay bölməsinə daxil olaraq ABB-yə məxsus Visa kartlarınızı qeydiyyatdan keçirib ödənişlərinizi ani və təmassız şəkildə həyata keçirə bilərsiniz.
Google şirkəti tərəfindən yaradılan elektron ödəniş sistemi Google Pay Android əməliyyat sistemi ilə çalışan smartfonlarda tətbiq olunur.
NFC (Near Field Communication) təmassız ödənişlərin aparılmasına imkan verən funksiyadır.
VTS (Visa Token Service) Android sistemini dəstəkləyən cihazlarda VISA kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən xidmətdir.
MasterCard Digital Enablement Service (MDES) Android sistemini dəstəkləyən cihazlarda MasterCard kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən xidmətdir.
Ticarət-xidmət müəssisəsində alış-veriş zamanı mobil telefon kilid ekranı rejimindən çıxarılmalı və POS terminalın ekranına toxundurulmalıdır. Bu zaman əməliyyat məbləği 100 manata qədər olarsa, əlavə təhlükəsizlik kodunun daxil edilməsinə ehtiyac yoxdur. 100 manat və ondan yuxarı məbləğdə olan ödənişlərdə isə mobil əlavədə təhlükəsizlik kodu və ya biometrik təsdiqlənmə tələb olunur.
Android sistemli cihazlarda ABB mobile tətbiqinə daxil olaraq NFC ödəniş üsulunu aktivləşdirmək istədiyiniz kartın üzərinə toxunun və "NFC ödənişini aktivləşdir" düyməsini seçin. Barmaq izinizlə identifikasiya edildikdən sonra NFC ödənişiniz aktivləşəcəkdir.
Android cihazınızdakı Garmin mobil tətbiqinə daxil olaraq NFC ödəniş üsulunu aktivləşdirmək istədiyiniz kartı “Garmin Pay” bölməsinə əlavə etməklə Siz təmassız ödənişlər həyata keçirə bilərsiniz.