TamKart VISA Platinum PayWave - Debet,  TamKart VISA Platinum Debet

TamKart VISA Platinum Debet

Kartın sifarişi Bankın bütün satış kanallarında müvəqqəti dayandırılıb.

5 illik kart xidmətinin qiyməti
100

İmkanlar

Tariflər

İmkanlar

Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır.1

QayğıCash klubuna üzvlük 2

İkiqat “ƏDV geri al"4

Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuz (debet üzü)5

ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür.6

Chatbot Concierge xidmətinin təqdim etdiyi endirimlər, VISA-nın təklif etdiyi sığorta və digər xidmətlər.7

Bakı şəhəri və Abşeron yarımadası daxilində ildə 2 dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) pulsuz transfer. Visa Concierge chatbot vasitəsilə sifariş verin.8

Salam Gold (Fast Line) xidməti üzrə ildə 2 pulsuz keçid.

2 pulsuz Lounge Key keçidi. Qeydiyyatdan keçin.9

Türkiyə, Kipr Respublikası, İtaliya, İspaniya və digər ölkələrin hava limanlarında Fast Track xidmətindən ildə 2 dəfə yararlanmaq imkanı.

Rouminqdə Azercell-dən 2 GB pulsuz internet hədiyyə edilir. Təklifdən istifadə etmək üçün Visa çatbotuna daxil olun.10

İl ərzində 2 dəfə "Sağlam Ailə" Tibb Mərkəzində yaşınız qədər endirim. Bakı, Gəncə və ya Sumqayıtda yaşayan Visa kart sahibləri üçün ildə 2 dəfə pulsuz Vitamin D analizi. Visa konsyerj vasitəsilə xidmətləri bronlaşdırın.11

Avis avtomobil icarəsilə dünyanı kəşf edin və standart qiymətə 20% endirimdən yararlanın.

1Müştəri gələcəkdə kredit limitinin açılması üçün müraciət etdikdə, müştərinin kredit limitinin həmin kartda açılması nəzərdə tutulmuşdur. 

2 Siz həmçinin partnyor mağazalarda etdiyiniz ödənişlər üzrə 20%-dək keşbek əldə edəcəksiniz.

3 a) TamKart Visa Platinum Debet ilə ABB mobile-da Faydalı keşbek paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan yüksək keşbek qazanacaqsınız; b) Faydalı keşbek üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək.

4İkiqat “ƏDV geri al”-dan yararlanmaq üçün ABB mobile tətbiqində “2xEdv geri al” funksiyasını aktivləşdirin. TamKartla həyata keçirdiyiniz nağdsız ödəniş qəbzlərini əməliyyatdan sonrakı 24 saat ərzində ABB mobile tətbiqində oxudun. Bir ay ərzində qazanıla bilən maksimum ƏDV məbləği 50 AZN-dir.

5 Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 10 000 AZN-dək pulsuzdur, 10 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.

6Qalığa faiz vəsaitin minimum 1 000 AZN-dən maksimum 5 000 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır. 

7Təklif yalnız Visa Chatbot Concierge istifadəçiləri üçün keçərlidir.

8Təklif 31 dekabr 2023-cü il tarixinədək keçərlidir.

9Lounge Key - dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır.

10Aksiya 31 dekabr 2023-cü il tarixinədək keçərlidir.

11Məsələn, 26 yaşınız varsa, sizin endiriminiz ümumi məbləğin 26%-ni təşkil edəcək.

Tariflər

Müddət 5 ilədək
Qiymət 100 AZN (Ödəniş kartının valyutasına uyğun olaraq 5 000 AZN/USD/EUR mədaxil edildikdə pulsuz təqdim ediləcəkdir.)
Digər bank kartlarından 10 000 AZN-dək mədaxil Pulsuz (mədaxil məbləği 10 000 AZN-dən çox olduqda 0.5 % komissiya (AZN/USD/EUR))
SMS xəbərdarlıq Pulsuz
ABB Mobile
YÜKLƏ

Saytımızda yaşadığınız təcrübəni şərh edin

1-5 ulduzla dəyərləndirin

Şərhiniz üçün təşəkkür edirik!