İpoteka krediti ilə ev sahibi olmaq indi hamı üçün daha əlçatandır. ABB-nin sərfəli ipoteka şərtləri ilə tanış olmaq üçün ipoteka krediti bölməsinə nəzər yetirə bilərsiniz.
Daxili ipoteka krediti
Sərfəli şərtlərlə Bankın daxili vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı
Mənzil krediti yeni tikilən yaşayış komplekslərində çıxarışsız mənzillərin satın alınması üçün nəzərdə tutulmuş ipoteka kreditidir. 300 000 manatadək ipoteka krediti 20 ilədək müddətdə illik faiz dərəcəsi 6%-dən 10%-dək olmaqla verilir.
*şərtlər partnyor şirkətə görə dəyişə bilər
Tikinti krediti Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çıxarışı olan torpaq sahəsində tikintisi üçün maksimal məbləğ 200 000 AZN-dək olan fərdi yaşayış evinin inşasını tikintisini maliyyələşdirən daxili ipoteka növüdür. Tikinti kreditinə müraciət etmək üçün əlavə daşınmaz əmlak və eyni zamanda üzərində tikinti aparılacaq torpaq sahəsi girov qoyulmalıdır.
İpoteka kalkulyatoru sizə daxili ipoteka krediti alarkən minimal ilkin ödənişi, aylıq ipoteka ödənişini və yekun kredit məbləğini hesablamaqda sizə kömək olacaq. Bununla yanaşı, ipoteka kalkulyatoru vasitəsi ilə ilkin ödəniş faizi və kredit müddətini dəyişə, yekun kredit məbləğini və aylıq ödənişi müqayisə edə bilərsiniz.