Geri qayıtmaq

Bank məhsullarının təhlili və araşdırmalar şöbəsi - Mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankınlarından birində işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Pərakəndə məhsul və xidmətlərin təhlil edilməsi,yeni məhsul və xidmətlərin tətbiqi və mövcud məhsulların təkmiləşdirilməsi üzrə təkliflərin verilməsi, dəstək göstərilməsi, satış həcminin artırılması üçün təkliflərin verilməsi;
  • Rəqib bankların pərakəndə bank məhsullarının öyrənilməsi və müqayisəli təhlilinin, müxtəlif bazar araşdırmalarının aparılması, müştərilər tərəfindən bankın pərakəndə məhsullarına olan tələbatının və ehtiyaclarının təhlil edilməsi, rəqabət qabiliyyətinin qiymətləndirilməsi;
  • Pərakəndə məhsullar üzrə mütəmadi hesabatların, təqdimatların hazırlanması və təkmilləşdirilməsi, yeni hesabatların yaradılması;
  • Bank xidmətlərin, tariflərin, daxili prosedurların və normativ sənədlərin, biznes proseslərin təkmilləşdirilməsi işlərində iştirak.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli ( Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi);
  • Bazar araşdırması üzrə təcrübəli (bank sahəsində təcrübə üstünlükdür);
  • Kreativlik və unikal ideyaların formalaşdırılması istiqamətində bacarıqlı olan,
  • Təqdimatların hazırlanması üzrə yükək bacarıqları olan;
  • Analitik düşünmə və təhlil qabiliyyəti olan;
  • Mobil, dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra edə bilən şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Bank məhsullarının təhlili və araşdırmalar şöbəsinə mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

 

 

 

ABB Mobile
YÜKLƏ