Geri qayıtmaq

Brendin idarə edilməsi şöbəsi - Aparıcı mütəxəssis / Baş mütəxəssis

 ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankın məhsul və xidmətlərinin təşviqi üçün optimal marketinq kommunikasiya kanallarının seçməsində iştirak etmək;
  • Bankın imicinə və bazarda mövqeləndirilməsinə aid olan reklam və təşviq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Mövcüd kommunikasiya kanallarının monitorinqini təşkil etmək;
  • Bankın məhsul və xidmətlərinin təşviqi üçün tamqiyaslı marketinq kampaniyalarının təşkili;
  • Keçirilmiş kampaniyaların effektivliyinin ölçülməsinə dair hesabatın hazırlanması;
  • Bank məhsulları haqqında biliklərin olması;
  • Bankın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə aktiv fəaliyyət göstərmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramları biliyi olan;
  • Problem həll etmə bacarığı olan;
  • Yaradıcılıq və innovasiya bacarığı olan;
  • Problem həll etmə bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Brendin idarəedilməsi şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ