Geri qayıtmaq

Data texnologiyaları departamenti - Data üzrə mühəndis (Data engineer)

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi ABB-nin yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Data warehouse-ların və data mart-larının dizaynı, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmətlərinin verilməsi;
  • Bankın müxtəlif məlumat bazalarınından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, transformasiyası və “Business intelligence” alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
  • ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiyası və onlara dəstək xidmətlərinin verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali texniki və ya iqtisadi təhsilli;
  • ETL alətlərinin istifadəsində geniş təcrübəyə (ODİ biliklərinə üstünlük verilir);
  • SQL üzrə dəring biliklərə (Oracle PL/SQL biliklərinə üstünlük verilir);
  • Məlumat bazalarının qurulması və modelləşdirilməsində geniş təcrübə;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • R və ya Python üzrə baza bilikləri olan;
  • Big Data konseptləri üzrə baza biliklərinə sahib olan şəxsdir.

Axtardığımız uyğun namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Data üzrə mühəndis olaraq göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb-bank.az

ABB Mobile
YÜKLƏ