Geri qayıtmaq

Texniki xidmət və proqram təminatının yüklənməsi üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • POS terminalların ticarət subyektlərində quraşdırılması;
  • POS terminalların proqram təminatı ilə təchiz olunması;
  • Ticarət subyektində POS terminalların istifadə qaydaları barədə müəssisənin əməkdaşlarına təlimat vermək;
  • POS terminallarda yaranan problemləri həll etmək;
  • POS terminalların inventarizasiyanı aparmaq;
  • POS terminalların anbar işinin təşkili, ehtiyyat hissələrinin qeydiyyatının aparılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İnformasiya texnologiyaları üzrə təhsil üstünlükdür);
  • Ekvayrinq və ya İnformasiya texnologiyaları sahəsində 1 il iş təcrübəsi olan;
  • Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
  • Rus dili biliyi üstünlükdür.

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə texniki dəstək şöbəsinə mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

ABB Mobile
YÜKLƏ