Geri qayıtmaq

İnformasiya Təhlükəsizliyi departamenti - İnformasiya Təhlükəsizliyinə Nəzarət mərkəzinin analitiki

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Peşəkar kollektivdə çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • İnformasiya təhlükəsizliyi insidentlərinin monitorinqi;
  • İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirlərin icra olunması;
  • İnsidentlərin araşdırılması;
  • İnformasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklərin izlənilməsi və bank mühiti üçün risklərin qiymətləndirilməsi;
  • İnsidentlərin düzgün qeydiyyatı və hesabatların rəhbərliyə təqdim olunması.

Bizim üçün ideal namizəd:

  • İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına;
  • Ali təhsilə (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);
  • Müvafiq sahədə iş təcrübəsinə (arzuolunandır);
  • Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.);
  • Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə;
  • Əməliyyat sistemlərinin informasiya təhlükəsizliyinin təmin olunması üzrə daxili vasitə və mexanizmlərlə bağlı biliklərə (Windows, *nix);
  • Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə;
  • Müvafiq sahə üzrə sertifikatlara
  • Növbəli iş rejimində işləmə imkanına sahibdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının İnformasiya Təhlükəsizliyinə Nəzarət Mərkəzinin analitiki” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.abb-bank.az

 

 

ABB Mobile
YÜKLƏ