Geri qayıtmaq

Satınalma əməliyyatları şöbəsi - Aparıcı mütəxəssis / Baş mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Satınalmanın  həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirilməsi;
  • Tender  və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  •  Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin   aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Aparılan əməliyyatların reyestrinin aparılması;
  • Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilməsi.

    Bizim üçün uyğun namizəd:

    • Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
    • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
    • Satınalma sahəsində ən az 4 il iş təcrübəsinə sahib;
    • IT sahəsi üzrə satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
    • MS office proqramlarını əla səviyyədə bilən;
    • ERP ilə bağlı təcrübəsi olan;
    • İnduktiv və analitik təhlil bacarığına sahib;
    • Problemləri həll etmə bacarığına malik;
    • Layihələrin idarə olunması bacarığına sahib olan.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinin aparıcı mütəxəssis / baş mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.abb-bank.az

    ABB Mobile
    YÜKLƏ