Geri qayıtmaq

PL/TMM

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların, həmçinin FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tövsiyyələrinə, “Banklar haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”  Azərbaycan Respublikasının Qanunlarına əsasən hazırlanaraq qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin və/və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizənin üsullarını tənzimləyərək Bankın bu sahədə əsas məqsədi qeyri-qanuni fəaliyyətdən əldə  edilmiş gəlirlərin leqallaşdırılmasının vaxtında qarşısını almaq və aparılan  bank əməliyyatları üzərində səmərəli nəzarət mexanizmini həyata keçirməkdən ibarətdir. Aparılan əməliyyatların aşkarlanması məqsədilə Bankın avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə müştəri əməliyyatlarının müvafiq şərtlərə uyğunluğu əsasında hesabatlar tərtib olunur və təhlillər aparılır.

Pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə ABB-də hesab açan şəxs haqqında məlumat toplanılır, yoxlanılır və saxlanılır.

Aşağıda təqdim olunan özünüqiymətləndirmə sorğu forması (Wolfsberg Correspondent Banking Due Diligence Questionnaire - CBDDQ), Wolfsberg və mövcud FATF qaydalarına uyğun əlavə məlumat tələblərini minimuma endirərək, müxbir bankçılıqda xarici əməliyyatlar və digər yüksək riskli sahələr üçün daha təkmil standartların tətbiq edilməsini hədəfləyir. CBDDQ standartlarının üzv banklar tərəfindən mərhələli şəkildə bütün respondentlərə münasibətdə istifadə edilməsi FATF Qrupunun gözləntisidir. Standartlaşdırılmış təkmil bir CBDDQ-nin qəbul edilməsi ilə müxbir banklar daha asan və bununla da daha az xərc tələb edən araşdırma prosesi aparmalıdır ki, bu da bütün maliyyə qurumlarının və nəzarət orqanlarının marağındadır. Nəticədə, G20-nin və digər transmilli təşkilatların müxbir bank məkanında yaxşı nəzarət olunan və təkmil tənzimləmə standartına dair hədəflərini dəstəkləməli, riskdən yayınma, maliyyəyə çıxış, ticarətin inkişafı, respondent banklarla müxbir münasibətlərin gücləndirilməsi üzərində uzunmüddətli müsbət təsirlər göstərməlidir. ABB müxbir münasibətdə olduğu bütün banklar tərəfindən bu standartların tətbiqini dəstəkləyir və təşviq edir.

AML Questionnaire

Wolfsberg Questionnaire_CBDDQ_V1.4

“ABB” ASC-nin Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə siyasəti

“ABB” ASC-nin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsindəki fəaliyyəti üzrə “Müştərini tanı Siyasəti”

USA Patriot Act

ABB Mobile
YÜKLƏ