Geri qayıtmaq

"Bank Saatı" layihəsi

ABB-nin “ASAN Radio” ilə digər bir müştərək layihəsi də mətbuat konfransında jurnalistlərə təqdim edilib. Bu, 4 may tarixindən etibarən hər cümə saat 19.05-də “ASAN Radio”da efirə gedəcək maarifləndirici proqramdır. Bu proqramda ABB mütəxəssislərinin iştirakı ilə maarifləndirici müzakirələr aparılacaq. Maliyyə-bank mövzusunda müxtəlif suallar cavablandırılacaq. Cəmiyyətdə maliyyə savadlılığının yüksəlməsinə dəstək veriləcək. Proqramı tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq. 

Video materialları buradan izləyə bilərsiniz.

ABB Mobile
YÜKLƏ