Geri qayıtmaq

Akkreditiv

Satıcı tərəfindən malın göndərilməsi (işin, xidmətin göstərilməsi), akkreditivdə nəzərdə tutulan digər şərtlərin yerinə yetirilməsi və akkrediriv şərtlərində nəzərdə tutulmuş müvafiq sənədlərin təqdim edilməsi müqabilində, Alıcının göstərişilə açılan akkreditivdə qeyd edilən məbləğin Satıcıya ödənişini təmin edən bank məhsuludur. Qloballaşan dünyada biznes proseslərin sürətlənməsi, yeni şirkət və məhsulların yaranması nəticəsində tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması, vaxt itkisi və kommersiya maliyyə, bank, ölkə risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyi kimi amillər son dərəcə önəmlidir. Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş istifadə olunan məhsul akkreditiv sayılır. Ölkədə xarici maliyyə institutları ilə ən geniş əlaqələrə malik olan ABB ASC dünyanın 1-ci dərəcəli bankları ilə əməkdaşlıq çərçivəsində müştərilərə akkreditivlər təqdim edir.

 

Akkreditivin əsas üstünlükləri                                                                

  • Gericağrılmayan öhdəlikdir;
  • Xarici partnyorlar ilə yeni ticarət əlaqələrin qurulması;
  • Digər ödəniş alətlərindən az riskli olması;
  • Ödəniş öhdəliyini Bank daşıyır;
  • Beynəlxalq qayda və alətlər ilə tənzimlənir;
  • Müstəqil öhdəlikdir.

Satıcı üçün:

  • Əgər Satıcı akkreditivin bütün şərtlərini yerinə yetirərsə, Alıcıdan asılı olmayaraq vəsaitin alacağına əminlik;             
  • Mal yolda olduğu zaman (Alıcıya təhvil verilmədən) müvafiq qaydada səndələrin Banka təqdim edildikdə sonuncu tərəfdən Satıcının xeyrinə ödənişin həyata keçirilməsi;
  • Akkreditiv təsdiqlənmiş olduqda Satıcı üçün əlavə olaraq vəsaitin alınması ilə bağlı risklərin sığortalanması;
  • Alıcı Satıcıdan möhlətli ödəniş istədikdə, Bankın akkreditivin sonradan maliyyələşdirilməsi xidməti ilə Satıcı tərəfdən vəsaitin vaxtında alması və s.

Alıcı üçün:

  • Malların göndərilməsinə dair müqavilənin şərtlərini yerinə yetirməyincə, Satıcı pulunu almayacağına təminat;
  • Akkreditivin maliyyələşdirmə vasitəsi və maliyyələşdirmənin təminatı kimi istifadə etmə imkanı;
  • Satıcının istəkləri və inamı təmin olduqda, Alıcının ehtiyacı olan malların gecikmədən alınması;
  • Alıcı Satıcıdan möhlətli ödəniş istədikdə Bank tərəfdən vəsaitin Satıcıya ödənilməsi, Alıcıya isə müvafiq möhlətin Bank tərəfindən verilməsi və s.                    

 

Bank tərəfindən təklif olunan akkreditiv növləri

  • Geri çağrılmayan akkreditiv (Irrevocable Letter of credit) – Satıcının (Benefisiarın) razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməz. Geri çağrılmayan akkreditiv Emitent bankın qəti öhdəliyidir.

  • Geri çağrıla bilən akkreditiv (Revocable Letter of credit)– Satıcı (Benefisiar) ilə əvvəlcədən razılaşdırılmadan Alıcının (Prinsipal) tapşırığına əsasən Emitent Bank tərəfindən dəyişdirilə və ya ləğv edilə bilər. Bu təqdirdə Eminent Bank Benefisiar qarşısında hər-hansı öhdəliklər daşımır.

  • Rezervli akkreditiv (Stand-by/SBLC/SLOC) - adında «akkreditiv» sözü olmasına baxmayaraq mahiyyətcə qarantiya sayılır. SBLC üzrə ödənişlər qarantiyada olduğu kimi Alıcı öz öhdəliyini yerinə yetirmədiyi təqdirdə Satıcının Emitent Banka tələbin irəli sürülməsi nəticəsində ödənişin həyata keçirilməsi.

  • Təsdiq olunmuş akkreditiv (Confirmed Letter of credit) – Alıcının (Prinsipalın) tapşırığı əsasında açılan akkreditiv digər yüksək reytinqli bankı tərəfindən Satıcıya təsdiq edilməsi.

  • Təsdiq olunmamış akkreditiv (Unconfirmed Letter of credit) - Ödənişin aprılmasına yalnız akkreditivi açan Bank tərəfindən məsuliyyət daşıması.

  • Köçürülə bilən akkreditiv (Transferable Letter of credit) - Satıcıya (Benefisiara) qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər Satıcılara yönəltmək hüququ verir.

  • Qarşılıqlı akkreditiv (Back-to-Back Letter of credit) – Bank alınmış hər hansı bir akkreditivi təminat kimi qəbul edərək digər akkreditivin açılması.

  • Qırmızı şərtli akkreditiv (Red Clause Letter of credit) - Satıcıya malı göndərməzdən və tələb olunan sənədləri təqdim etməzdən əvvəl akkreditivin müəyyən hissəsi məbləğində avans ödənişi almağa imkan verir.

  • Tələbli akkreditiv (Sight Letter of credit) - Satıcı (Benefisiar) tərəfdən Banka akkreditiv üzrə tələb olunan sənədlər düzgün təqdim olunduqda, Bank qısa müddətdə Benefisiarın xeyrinə ödənişin həyata keçirilməsi.

  • Möhlətli akkreditiv (Deferred Letter of credit) - Satıcı (Benefisiar) tərəfdən tələb olunan sənədlər düzgün təqdim olunduqda ödənişin akkreditivdə nəzərdə tutulan sonrakı tarix ilə həyata keçirilməsi.

 

Xidmətlər  

ABB Sizə akkreditivlər üzrə aşağıdakı xidmətləri təklif edir: 

  • Akkreditivlərin açılması və hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması;       
  • Konsaltinq xidmətlərinin göstәrilmәsi;         
  • Digər banklar tərəfindən açılan akkreditivlərin Benefisiara avizo olunması;                                             
  • Yüksək reytinqli müxbir banklar tərəfindən akkreditivlərin təsdiq olunması;                                           
  • Müştərilərin öz vəsaitləri və ya Bankın vəsaiti hesabına akkreditivlərin açılması;                                                       
  • Digər banklar tərəfindən açılmış akkreditivlərin ABB tərəfdən təsdiqlənməsi;
  • ABB-nin və digər maliyyə institutlarının vəsaiti hesabına Akkreditivlərin sonradan maliyyələşdirilməsi və s.
ABB Mobile
YÜKLƏ