ABB - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 70 filial və 11 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2.2 milyondan çoxdur. Bankda 3 500-dən çox işçi çalışır.
“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Nəyi heç vaxt etməyəcəyimizi bilirik
Müştərilərimizə rəğbət bəsləyirik
Birlikdə cəmimizdən daha böyüyük
Nəticə əldə edib, sonra danışırıq
Sınanmamış yollarla irəliləyirik
Resurslarımızdan maksimal faydalanırıq
Cəmiyyətimizin gələcəyinə töhfə veririk
ABB-nin 2025-ci ilə qədər nəzərdə tutulmuş strateji inkişaf planı ilə buradan tanış ola bilərsiniz:
Strateji inkişaf planı