Tez-tez verilən suallar

dynamic faq image
Hamısı Kredit Kartlar İkiqat ƏDV
Kredit

Kredit veren banklar arasında aşağı faizlər sizdədir?

ABB müəyyən kampaniyalar müddətində Sizə ən uyğun kredit faizlərini təqdim edir. Mövcud kampaniyalardan xəbərdar olmaq üçün saytımızdakı kredit bölməsinə keçin, yaxud 937 nömrəli Məlumat Mərkəzimizlə əlaqə saxlayın.  
1148
  • A. Elnurə

Problemli kredit borcunu oyrenmek olurmu?

Problemli kredit borcunuzu öyrənmək üçün 937 nömrəli Məlumat Mərkəzimizlə əlaqə saxlaya, yaxud ən yaxın filalımıza müraciət edə bilərsiniz.
2777
  • I. Ismayıl

İlk kredit alan şəxs üçün şərtlər fərqli olur?

İlk dəfə kredit alan şəxslər üçün xüsusi şərtlər olmur. Sizə təyin olunacaq məbləğ müraciətiniz zamanı qeyd edilir. Müraciət etmək üçün filiallarımıza yaxınaşa bilər və ya kredit.abb-bank.az saytı üzərindən onlayn formu doldura bilərsiniz. 
1261
  • Q. Elvin
Kredit

Kredit goturmek isteyirem hara yazmalıyam?

Kredit almaq üçün ABB-nin nağd kredit təkliflərindən faydalana bilərsiniz. Bunun üçün onlayn müraciət edin, yaxud ən yaxın ABB filialına yaxınlaşın.    Onlayn müraciət üçün: Kredit müraciəti
1195
  • I. Nərmin

ABB Business mobil tətbiqini necə yükləmək olar?

ABB Business mobil tətbiqi artıq yenilənmiş versiyadadır. Tətbiq bizneslərin tez-tez istifadə etdikləri bir çox funksiyaları özündə birləşdirir: Asan İmza, yaxud Kobillə hesaba daxil olmaq imkanı; Əsas səhifədə kartların və hesabların görünməsi; Ölkədaxili, bankdaxili və müştərinin öz hesabları arasında köçürmələr; Bütün sənədlərin tətbiqdən idarə edilməsi; Vergi, gömrük, kommunal və rabitə (əhali və qeyri-əhali) ödənişlərinin aparılması və s. ABB müştərilərin ehtiyaclarına uyğun olaraq tətbiqi daha da təkmilləşdirir. Bura yeni funksionallıqlar əlavə olunur. Mobil tətbiq həm Android, həm də iOS istifadəçiləri üçün nəzərdə tutulub. Tətbiqi yükləmək üçün: https://bit.ly/abb-business
13512
  • N.İdris
Kredit

Tek sexsiyyet vesiqesi ile kredit götürmək mümkündür?

Tək şəxsiyyət vəsiqəsi ilə onlayn mobil tətbiqimiz və saytımız üzərindən rahatlıqla kredit ala bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqənizin məlumatlarını sistemə əlavə edib müraciətinizi tamamlamanız kifayətdir. Müraciət üçün : Kredit müraciəti
6906
  • U. Sevic
Kredit

Bank kredit borcu oyrenmek üçün nə etmək lazımdır?

Kredit borcunuzu ABB mobile tətbiqi ilə izləyə bilərsiniz. Bunun üçün tətbiqdəki kredit hissəsinə keçid etməyiniz kifayətdir. Borcunuz, ödədiyiniz məbləğlər və növbəti ödənişlər barədə məlumatları orada görəcəksiniz. Əlavə suallarınız olarsa, 937 nömrəli Məlumat Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.
12687
  • E. Iman
Kredit

Pensiya kartı ilə kredit götürmək mümkündür?

Bəli. Pensiya kartı ilə də pensiya məbləğinizə uyğun kredit ala bilərsiniz. Bunun üçün onlayn müraciət etməli, yaxud ən yaxın filialımıza yaxınlaşmalısınız.   Onlayn : Kredit müraciəti
7816
  • E. Elnur
Kredit

Faizsiz kredit verilir?

Faizsiz kredit formasında məhsul növü mövcud deyil. ABB-nin sərfəli kampaniyaları zamanı Sizə uyğun təkliflərdən faydalana bilərsiniz. Kampaniyadan xəbərdar olmaq üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçin, yaxud 937 nömrəli Məlumat Mərkəzimizlə əlaqə saxlayın. Onlayn : Kredit müraciəti
2186
  • R. Elnurə

Səhifə tapılmadı!

Zəhmət olmasa, bir daha axtarış edin.

Sual əlavə edin

Detallar

site.your_question

site.asap_will_respond

site.you_can_call_937

ABB Mobile
YÜKLƏ