Sahibkarlar Klubu nədir?
“Sahibkarlar klubu” dövrün yeni çağırışlarına cavab verən ABB tərəfindən yaradılan, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə müxtəlif imtiyazlı bank və qeyri bank xidmətləri təqdim edən klubdur.
Məqsədi:
- Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində müsbət təcrübələrin öyrənilməsi və tətbiqi;
- Sahibkarlar arasında işgüzar əlaqələrin qurulması;
- Kiçik və orta sahibkarların ölkə iqtisadiyyatındakı mövqeyinin gücləndirilməsinə kömək;
- İxrac yönümlü sahibkarların sayının artırılması;
- Yeni iş yerlərinin açılmasında iştirak;
Ətraflı: www.sahibkarlarklubu.az