Geri qayıtmaq

“YAŞAT” Fondu

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞATFondu) Azərbaycan Respublikası Prezidentinin  8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir.

Siz hüquqi və fiziki şəxs olaraq “YAŞAT” Fondunun veb saytından onlayn qaydada könüllü köçürmələr edə bilərsiniz.

Köçürmə et

ABB Mobile
YÜKLƏ